Azərbayca Əfqanıstan Veteranları İctimai Birliyinə ağır itki üz verib
06 Yanvar 2012
Azərbayca Əfqanıstan Veteranları İctimai Birliyinin Beyləqan rayon filialının sədri Hüseynov İlqar Məhyəddin oğlu 26 dekabr 2011 - ci il tarixində 47 yaşında qəflətən vəfat edib. Allah rəhmət eləsin və bütün yaxınlarına səbr versin.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
29 Dekabr 2011
ƏZİZ VETERANLAR!
Azərbaycan Əfqanıstan Veteranları ictimai birliyi bütün veteranları və soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbə arzulayır.
Qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranlarımızı və onların ailə üzvlərinə yeni ildə can sağlığı, həyat dolu xoşbəxtlik arzulayırıq.
MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşevin təltif olunması.
21 Dekabr 2011
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərin işi üzrə Komitənin sədri, Sovet İttifaqı Qəhramanı Ruslan Sultanoviç Auşev Qazaxstan Respublikasının prezidenti Nursultan Nazarbayevin 188 saylı Fərmanı ilə “DOSTLUQ” ordeni ilə təltif olunmuşdur. Bu yüksək dövlət mükafatına Beynəlxalq veteran hərəkatının inkişafında və veteran təşkilatlarının möhkəmləndirilməsində böyük xidmətlərinə görə layiq görülmüşdür.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birli Ruslan Sultanoviç Auşevi bu yüksək mukafata layiq görülməsi münasibəti ilə təbrik edirik!
Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb.
06 Iyul 2011
Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb.
Qurultayda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Ali tədbirdə dünyanın 42 ölkəsindən nümayəndə və qonaqlar iştirak edirlər. Qurultaya Azərbaycanın bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mətbuat, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan olan nümayəndələr qatılıblar.
Qurultayda Azərbaycan Əfaqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəmməd Vəliyev, Birliyin NTKsədri Mirşamil Hadiyev və Birliyin sədrinin birinci müavini Əbülfət Hüseynov iştirak etmişlər.
Azərbaycan Respublikasının Bolqarıstandakı sıfirliyində görüş
26 May 2011
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında kı səfiri Emil Kərimov Azərbaycandan gələn nümayəndə heyətini qəbul etmişdir.
19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri
19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri Bolqarıstan respublikasında
25 May 2011
19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri Bolqarıstan respublikasının Sofiya şəhərində iki mötəbər tədbirdə - “Boyevaya drujba” Bolqariya Ümumxalq İttifaqının I –ci Qurultayında və “Boyevoye Bratstvo ” Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak etmişdir.
19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri, Birliyin İdarə Heyyətinin sədri Məhəmməd Vəliyev,
MDB Hökumət Başçıları Şurası Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Komitənin Əlaqələndirmə şurasının iclası
19 Aprel 2011
19 aprel 2011 cil il. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədrin müavini Əbülfət Hüseynov MDB Hökumət Başçıları Şurası Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Komitənin Əlaqələndirmə şurasının iclasında 19-21 aprel iştirak etmək üçün Başqırdıstanın paytaxtı Ufa şəhərinə yola düşüblər.
Bu iclasda 2009-2010-cı illərində görülən işlərin yekunları haqqında məruzə, MDB və Baltik yanı ölkələrdəki veteran təşkilatlarının fəaliyyətlərinin inkişafı, səhiyyə xidmətinin yaxşılaşdırılması, sanator-kurort müalicələrinin təşkili, veteranların və onların ailə üzvlərinin həyat şəraətinin yaxşılaşdırılması haqqında söhbət açılacaq.
Ayrıca Komitənin beynəlxalq əlaqələri, uzaq ölkələrdəki veteran təşkilatları ilə təcrübələrin mübadiləsi, itkin düşmüş hərbiçilərin axtarılması və konkret əməkdaşlıq haqqında məsələlərə baxılacaq.
Ufa şəhərində olduğu müddət Başqırdıstanın rəhbərliyi ilə görüş nəzərdə tutulub.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Bu əziz bayram münasibəti ilə hər bir veteranı və onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirik.
Qoy Novruz bir daha hamımıza bol ruzi-bərəkət, barış, sevgi və sevinc gətirsin! BAYRAMINIZ MÜBARƏK!
21 fevral 2011-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimat mərasimi keçirilib.
22 Fevral 2011
21 fevral 2011-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1992-ci ildə Xocalıda törədilmiş qətliamın dünyanın ən dəhşətli soyqırımlarından biri olduğunu diqqətə çatdırıb. Baş nazirin müavini qeyd edib ki.............