Ana səhifə | Əlaqə         AZ | EN | RU         08:24 23/02/2012


Faydalı Linklər







Azərbaycan Respublikasının Bolqarıstandakı sıfirliyində görüş

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında kı səfiri Emil Kərimov Azərbaycandan gələn nümayəndə heyətini qəbul etmişdir.
 
         19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri, Birliyin İdarə Heyyətinin sədri Məhəmməd Vəliyev, Sədrin birinci müavini Əbülfət Hüseynov və Birliyin NTK sədri Mirşamil Hadıyev  Bolqarıstan respublikasının Sofiya şəhərində iki mötəbər tədbirdə - “Boyevaya drujba” Bolqarıstan Ümumxalq İttifaqının I–ci Qurultayında və “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak etmişdir.
       20 may 2011-ci il tarixdə tədbirlərdə iştirak etmək üçün Azərbaycandan gələn nümayəndə heyətini Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında ki Fövqaladə və səlahiyyətli səfiri Emil Zülfüqar oğlu Kərimov qəbul etmişdir.
       Görüş zamanı Birliyin sədri Məhəmməd Vəliyev Bolqarıstan Respublikasına səfərin məqsədi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin gördüyü işlər barədə geniş məlumat vermişdir. Bundan əlavə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan-Ermənistan münasibətlərinin tarixi” mövzunda, üç dildə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabları səfir Emil Kərimova təqdim etmişdir.
       Səfir Emil Kərimov kitabın nəşrində əməyi olan hər kəsə öz minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, Bolqarıstan Respublikasının Milli kitabxanasının direktoru həmişə ondan xahiş edir ki, Azərbaycan barəsində nəşr olunan kitablardan onlara çatdırsınlar.
        O, qeyd etdi ki. Bolqarıstanda  50 minə yaxın erməni yaşayır və mən bu kitabları məmuniyyətlə Bolqarıstan Milli kitabxanasına təqdim edəcəyəm, qoy Bolqar xalqı bilsin ki, erməni kimdir və Azərbaycan xalqının başına bu günə qədər hansı oyunlar açıbdır.
        Görüş zamanı xatirə foto şəkilləri çəkilmişdir. 
Tarix: 26 May 2011  |  Baxış sayı: 271


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com