| 19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri Bolqarıstan respublikasının Sofiya şəhərində iki mötəbər tədbirdə - “Boyevaya drujba” Bolqariya Ümumxalq İttifaqının I –ci Qurultayında və “Boyevoye Bratstvo ” Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak etmişdir.
19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri, Birliyin İdarə Heyyətinin sədri Məhəmməd Vəliyev, Sədrin birinci müavini Əbülfət Hüseynov və Birliyin NTK sədri Mirşamil Hadıyev Bolqarıstan respublikasının Sofiya şəhərində iki mötəbər tədbirdə - “Boyevaya drujba” Bolqarıstan Ümumxalq İttifaqının I –ci Qurultayında və “Boyevoye Bratstvo ” Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak etmişdir.
Tədbirdə MDB dövlələrindən Azərbaycan, Ermənistan, Qazağıstan,Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna, Belorus, Pribaltika dövlətlərindən-Latviya, Litva və Estoniya avropadan- Serbiya və Bolqarıstan və Gürcüstan respublikasının nümayəndə heyətləri iştirak etmişlər.
Tədbirlərdə həmçinin “Boyevoye Bratstvo ” Beynəlxalq İttifaqı sədrinin birinci müavini, Rusiya Dövlət Dumasının deputatı Dmitriy Sablin, Qırğızıstan Əfqanıstan Veteranları İttifaqının sədri,Qırğızıstanın Beynəlxalq işlər və Parlamentlərarası əməkdaşlıq Komitəsi sədrinin müavini deputat Nurlan Torobekov və Ermənistan Əfqanıstan Veteranları İttifaqının sədri, Ermənistan Parlamentinin deputatı Armen Mxitaryan da iştirak etmişlər.
Qurultay çərçıvəsində təmsil olunan ölkələrin veteran təşkilatlarının rəhbərləri o cümlədən Birliyin rəhbəri Məhəmməd Vəliyev Bolqarıstan Respublikasının Parlamentində, Müdafiə Nazirliyində və Bolqarıstan Pravoslav Kilsəsinin rəhbərliyi ilə görüşlər keçirimiş və Beynəlxalq Veteran təşkilatlarının gələcəkdə görəcəyi işlər barədə fikir mübadilələri aparılmışdır.
Birliyin sədri Məhəmməd Vəliyev Ermənistan Əfqanıstan Veteranları İttifaqının sədri, Ermənistan Parlamentinin deputatı Armen Mxitaryanla görüşdə işğal olunmuş ərazilərimiz barədə Azərbaycan Respublikasının mövqeyini bir daha qeyd etmişdir.
Tədbirdən öncə Naməlum əsgər abidəsinin və faşizm üzərində qələbə çalmış Sovet qoşunlarının xatirə abidəsinin önünə əklillər qoyulmuşdur.
Tədbirlərdə Birliyin sədri Məhəmməd Vəliyev çıxış edərək ölkəmizdə gedən inkişafdan, dövlət səviyyəsində müharibə veteranlarına göstərilən qayğılardan daha ətraflı danışaraq Qurultay və Ali şuranın üzvlərini məlumatlandırmışdır.
“Boyevoye Bratstvo ” Beynəlxalq İttifaqının Ali şurasının iclasında “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının növbəti 2012 –cı ildə keçiriləcək Qurultayının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul olunmuşdur.
Tədbirlərdə və ziyarət olunan yerlərdə xatirə foto şəkilləri çəkilmişdir. |