|

21 fevral 2011-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimat mərasimi keçirilib.
| 21 fevral 2011-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimat mərasimi keçirilib.
“Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin rejissoru Cem Oğuz bu filmin çəkilişi zamanı sözün bitdiyi bir çox anlar yaşadığını diqqətə çatdırıb: “Bu filmi çəkərkən mənim üçün bir çox sözün bitdiyi anlar oldu. Baxdıqca, törədilənləri izlədikcə heç bir söz düşünə bilmədim. Filmi çəkməkdə iki məqsədim vardı – Ermənistana və Rusiyaya sözümü demək istəyirdim”.
Nümayişdə bir çox dövlət rəsmiləri, QHT nümayəndələri, o cümlədən Birliyin nümayəndələri də iştirak etmişdir.
Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1992-ci ildə Xocalıda törədilmiş qətliamın dünyanın ən dəhşətli soyqırımlarından biri olduğunu diqqətə çatdırıb. Baş nazirin müavini qeyd edib ki, ermənilərin azərbaycanlıların başına gətirilmiş bu dəhşətli hadisəni heç faşistlər belə etməyib: “Bu gün azərbaycanlılar öz ərazilərində qaçqın kimi yaşayır. Bu niyə belə olmalıdır? Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi bu vəhşiliklər dünyanın heç bir yerində, heç bir xalqa qarşı edilməyib. Onlar Azərbaycandan gedən erməniləri bir aydan sonra Ermənistandan qovdular ki, siz artıq azərbaycanlaşmısınız. 15 il müddətində milyon yarım erməni Ermənistanı tərk edib. Bütün bunları hamı görür və bilir”.
Ə. Həsənov filmi ərsəyə gətirən Cem Oğuza və bu filmin istehsalında təşəbbüsü olan qurumlara və şəxslərə minnətdarlığını bildirib. |
| Tarix: 22 Fevral 2011 | Baxış sayı: 361 |
|
|
AXTARIŞ
FOTO QALEREYA
SORĞU
Saytı necə qiymətləndirirsiniz?
HAVA PROQNOZU
ARXİV
|