Ana səhifə | Əlaqə         AZ | EN | RU         07:37 07/02/2012


Faydalı Linklər







QRAND LAYİHƏSİ

       Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu il üçün keçirdiyi “Qrand” layihələri müsabiqəsində iştirak etmişdir. Birliyin işçi qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusu üzrə “Ermənistan-Azərbaycan münasibətlərinin tarixi” layihəsini təqdim etmiş və müsabiqənin qalibi olmuşdur. Layihəni həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 5000 AZN maliyyə vəsaiti ayrılmışdır. Birliyin işçi qrupunun əsas məqsədi “Ermənistan-Azərbaycan münasibətlərinin tarixi” mövzusunda materialları toplayıb azərbaycan, rus və ingilis dillərinə tərcümə etdirib, kitab nəşr etdirib əlaqədə olduğu Beynəlxalq veteran təşkilatlarına göndərmək və onları məlumatlandırmaqdır.
Tarix: 07 Aprel 2010  |  Baxış sayı: 528


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com