02 fevral 2010-cu il tarixdə Moskva şəhərində “Döyüş Qardaşlığı” Veteran İctimai Birliklərinin Beynəlxalq İttifaqının Ali Şurasının iclası keçirilmişdir.
Ali Şuranın iclasında 2008-2009-cu illərdə görülmüş işlər, 2010-cu ildə görüləcək işlər və 1941-45-ci illərdəki Böyük Vətən müharibəsinin 65 illik yubileyi münasibətilə hazırlıq işlərindən danışılmışdır. Tədbirdə “Döyüş Qardaşlığı” Veteran İctimai Birliklərinin Beynəlxalq İttifaqının 2010-cu ildəki iş planı təsdiq olunmuşdur. Ali Şuranın iclasında Azərbaycan Əfqanıstan Veteraları İctimai Birliyinin NTK-nın sədri Hadıyev Mirşamil Mirhadi oğlu və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Hüseynov Əbülfət Məcid oğlu iştirak etmişdir.
Hüseynov Əbülfət Məcid oğlu Ali Şuranın iclasının qərarı ilə Azərbaycan Respublikasından “Döyüş Qardaşlığı” Veteran İctimai Birliklərinin Beynəlxalq İttifaqının Ali Şurasının üzvü seçilmişdir. |