Ana səhifə | Əlaqə         AZ | EN | RU         07:37 07/02/2012


Faydalı Linklər







Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Rusiya Prezidenti Dmitri Medvedyev tərəfindən “Dostluq ” ordeni ilə təltif edilmişdir.

    Vəliyev Məhəmməd Əli oğlu 1990-cı ildə, təşkilatın yarandığı gündən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvü, sədr müavini, 2005-ci ildən Birliyin sədri seçilmişdir. O, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevin rəhbərlik etdiyi MDB Hökumət Başçıları Şurası Yanında “Beynəlmiləlçi Döyüşçülər” in işi üzrə Komitənin sədr müavini, “Döyüş Qardaşlığı” Beynəlxalq veteran təşkilatının Ali Şurasının üzvüdür. “2008-ci ildən BMT-nin sosial-iqtisadi məsləhətçi statusuna malik beynəlxalq ictimai birliklərin “ Müharibə Veteranları İctimai Komitəsi” nin Cənubi Qafqaz və Yaxın Şərq üzrə rəhbəridir.
         Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi 1990-cı ildə Əfqanıstan müharibəsi veteranları, əlilləri və həlak olanların ailələrinin problemlərinin həlli məqsədilə yaradılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir.
         Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin noyabr ayında Əfqanıstan müharibəsi veteranları ilə görüşündə Ali Baş Komandanın çağırışına cavab olaraq Əfqanıstan Müharibəsi veteranlarından ibarət batalyonlar təşkil edilərək Qarabağ müharibəsində iştirak etmək üçün döyüş bölgələrinə göndərilmişdir. Bu çağırışa qoşulan yüzlərlə Əfqanıstan müharibəsi veteranı cəbhədə göstərdikləri igidliklərə görə xüsusi fərqlənmiş və onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına, 27 nəfəri isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. Qarabağ müharibəsində 4200 nəfər Əfqanıstan müharibəsi veteranı iştirak etmiş, onlardan 76 nəfəri həlak olmuş, 6 nəfəri isə itkin düşmüş, 400 nəfəri əlil olmuşdur.
         Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi MDB məkanında veteran təşkilatları arasında sıx əlaqələrə malikdir. Birlik Rusiya və MDB məkanına daxil olan digər ölkələrin veteran təşkilatlarının tədbirlərində fəal iştirak edir. Bu tədbirlərdə Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunması, Azərbaycan dövlətinin ədalətli mövqeyə əsaslanan sülh səyləri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf və veteranlara dövlət qayğısı barədə məlumatlar beynəlxalq veteran təşkilatlarının nəzərinə çatdırılır.
         Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev məhz, veteran təşkilatları arasında əlaqələrin inkişaf etdirilib möhkəmləndirilməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında apardığı fəal ictimai fəaliyyətinə və veteranlar və onların ailə üzvlərinə göstərdiyi sosial dəstəyə görə Rusiya Prezidentinin 1486 saylı Fərmanı ilə “DOSTLUQ” ordeni ilə təltif edilmişdir.
         Birliyin üzvləri bu gün də Respublika Prezidenti cənab İlham Əliyevin beynəlxalq miqyasda apardığı konstruktiv siyasətin yorulmaz müdafiəçisidirlər.
 
 
Azərbaycan Əfqanıstan Veteranları İctimai
Birliyinin Mətbuat Xidməti.
Tarix: 10 Fevral 2010  |  Baxış sayı: 505


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com