Ana səhifə | Əlaqə         AZ | EN | RU         07:51 07/02/2012


Faydalı Linklər







1979-1989-cu illərdə Əfqanıstan müharibəsində iştirak etmiş döyüşçülərə təltif edilmiş orden və medallar təqdim edilmişdir.

    13 noyabr 2009-cu il tarixdə Rusiyanın Azərbaycandakı səfirliyində Əfqanıstan müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşlarına döyüş mükafatlarının təqdimetmə mərasimi keçirilib. Zeynalov Sahib Əliheydər oğlu “Qırmızı Ulduz” ordeni (Qarabağ müharibəsində həlak olmuş), Ağayev Rəhim Böyükkişi oğlu, Səidov Ağamirzə Canmirzə oğlu və Talıbov Ənvər Mirzəcan oğlu «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olunublar. Sahib Zeynalovun ordenini qəbul edən bacısı Şəhla Zeynalova bildirib ki, qardaşı Əfqanıstandan qayıdan kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına həlak olub.
      Mükafatları təqdim edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin döyüşçülərin bu mükafatlarla 1989 və 1991-ci ildə təltif olunduqlarını deyib: “Biz Əfqanıstan müharibəsinin nə olduğunu yaxşı bilirik, indi bu barədə müxtəlif fikirlər söylənilir, amma bütün deyilənlər beynəlmiləlçi döyüşçülərin igidliyini kölgədə qoya bilməz”. Diplomat bildirib ki, Rusiya təltif olunmuş döyüşçülərin mükafatlarını onlara çatdırmaq işini sonacan yerinə yetirmək funksiyasını üzərinə götürüb. Diplomat onu da deyib ki, bu məsələdə Azərbaycanla Rusiya eyni mövqedədir.
      Azərbaycan Əfqanıstan veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, Sovet qoşunları Əfqanıstandan çıxandan sonra ilk dəfədir ki, onlara mükafatlar təqdim olunur. Onun sözlərinə görə, Əfqanıstanda 7500 azərbaycanlı döyüşüb, onlardan 208 nəfəri həlak olub, 417 soydaşımız isə yaralanıb, 7 nəfər isə itkin düşüb. Mükafatların təqdim olunması mərasimində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Bakıda fəaliyyət göstərən MDB ölkələrinin hərbi attaşeləri, Böyük Vətən Müharibəsi veteranları da iştirak ediblər.
Tarix: 16 Noyabr 2009  |  Baxış sayı: 515


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com