Ana səhifə | Əlaqə         AZ | EN | RU         07:51 07/02/2012


Faydalı Linklər







“Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi” İctimai Birliyi təsis olundu


 Birliyə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənli sədr seçilib.
    Birliyin İdarə Heyətində Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkili Həvva Məmmədova, millət vəkili Aydın Həsənov, Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov, digər QHT rəhbərləri və KİV nümayəndələri təmsil olunurlar.
Emin Həsənli bildirdi ki, “Silahlı Qüvvələrə İctimai Nəzarət Birlik” İctimai Birliyi son bir neçə ildə ATƏT-in Bakı Ofisinin təşəbbüsü, Azərbaycanda fəaliyyət göstərən hərbiyönümlü QHT-lərin iştirakı ilə aparılan davamlı müzakirələrin, keçirilən tədbirlərin yekun nəticəsi olaraq təsis edilib.
      “Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi” İctimai Birliyinin əsas məqsədi Silahlı Qüvvələrimizdə əsas insan hüquq və azadlıqlarının müdafiəsi, hərbçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət hakimiyyət orqanları ilə əməkdaşlıq etməkdir.
      Birlik bu məqsədlərinə çatmaq üçün SQ insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində ictimai fəallığın artırılmasına kömək etmək, bu sahədə mövcud problemləri araşdırmaq və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək, KİV-lə əməkdaşlıq etmək, SQ insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində monitorinqlər keçirəcək, o cümlədən hərbi mövzulu fəaliyyətlə bağlı ictimai müzakirələr təşkil etmək.
    Birlik nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər, monitorinqlər təşkil etmək, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər də keçirəcək.
      Birliyin fəaliyyətinin həyata keçirmək üçün qaynar xətt yaradılacaq, internet saytı fəaliyyət göstərəcək, Elmi və praktiki konfranslar keçirəcək, kitab, broşura və plakatlar nəşr etdirəcək, hərbi hissələrə səfərlər təşkil olunacaqdır.
Xəbəri hazırladı:                         "MÜBARİZƏ" qəzetinin müxbiri  İ. VƏFA
Tarix: 26 Oktyabr 2009  |  Baxış sayı: 405


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com