Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "UNUTQANLIĞA SON DEYƏK" layihəsi çərçivəsində N.Gəncəvi adına 2 saylı orta məktəbdə tədbir keçirilmişdir. Məktəbin direktoru Famil Fərəcov 100 nəfərə yaxın 10-cu və 11-ci sinif şagirdləri qarşısında toplantını açıq elan edərək tədbir iştirakçılarını təqdim etdi və sözü layihənin rəhbəri, Azərbaycan Əfqanıstan veteranları İctimai Birliyinin sədr müavini Hüseynov Əbülfətə verdi. Layihənin rəhbəri geniş şəkildə çıxış edərək keçmişimizin yaddan çıxmaması üçün Azərbaycanlı oğlanların Əfqanıstan müharibəsindəki iştirakından və qapı bir düşmənimiz ermənilərin tarix boyu başımıza açdığı bəlalardan danışdı.
İmişli rayon İcra Hakimiyyətinin İctimai Siyasi şöbəsinin müdiri Çingiz Balayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən belə tədbirlərin təqdirə layiq olduğunu və İmişli rayon gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin keçirilməsinin İmişli rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti tərəfindən dəstəkləndiyini qeyd etdi.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri, layihənin hərbi eksperti Mirşamil Hadıyev çıxış edərək Birliyin gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında keçirdiyi tədbirlər barədə məlumat verdi və toplantı iştirakçılarına tariximizi yaddan çıxarmamağı tövsiyə etdi.
Birliyin İmişli rayon filialının sədri Rasət İsrafilov çıxış edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təşkilati dəstək verdiyinə görə İmişli rayon İcra Hakimiyyətinə, "UNUTQANLIĞA SON DEYƏK" layihəsinin işçi qrupuna və maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirdi.
Xəbəri hazırladı: "Mübarizə" qəzetinin müxbiri-İsmayılova Vəfa.
|