Ana səhifə | Əlaqə         AZ | EN | RU         07:51 07/02/2012


Faydalı Linklər







Monitorinq

         16 sentyabr 2009-cu il tarixində “Park-İnn” otelində QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinin I mərhələsinin yekunları ilə bağlı konfrans keçirildi. Konfransda çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirdi ki, rəhbərlik etdiyi qurum cari ildə 225 QHT-nin layihəsini maliyyələşdirib və digər mövzu ətrafında əlavə təşəbbüslər də dəstəklənib. Onun sözlərinə görə, Şura tərəfindən dəstəklənən layihələrə ümumilikdə 2 mln. 68 min manat vəsait sərf olunub. Cari ildə bu günə qədər 220-dən artıq təşkilatın monitorinqə cəlb olunub. A.Quliyev bildirdi ki, bu dövr ərzində 250-dən çox monitorinq həyata keçirilib, onun sözlərinə görə, bəzi təşkilatların həyata keçirdiyi layihə bir neçə dəfə monitorinq olunub. Monitorinqlərin aparılması təkcə Şuranın Katibliyinin imkanları daxilində olmadığını vurğulayan A.Quliyev bildirdi ki, buna görə də, əlavə Beynəlxalq Avrasiya Mətbuat Fondu və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi Şuranın sifarişçisi kimi monitorinqlərdə iştirak edib. O, monitorinq aparmaq üçün bir sıra QHT-nin Şuranın nümayəndələrinə şərait yaratmadıqlarını da söyləyib. Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin apardığı monitorinqin nəticələri açıqlandı. Bildirildi ki, sözügedən təşkilatlar 7 istiqamət üzrə 106 təşkilatda monitorinq aparıb. Bu təşkilatlara 894 min manat vəsait ayrılıb. Ölkənin 8 rayonunda 13, Bakı və Sumqayıt şəhərlərində isə 93 monitorinq aparılıb. Məlum olub ki, QHT-lərin 83 faizi layihələri müvafiq qaydaya uyğun aparıb. Bəzi QHT-lərin təcrübəsizliyi aşkar olunub, sənədləşmə və ictimaiyyəti maarifləndirmə işləri qənatəbəxş sayılmayıb.

    Konfransda Azərbaycan Əfqanıstan Veteranları ictimai birliyinin Təftiş – Nəzarət komissiyasının sədri Mirşamil Hadiyev iştirak etmişdir.

 

 

 

 

 

 

Tarix: 16 Sentyabr 2009  |  Baxış sayı: 449


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com